İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir
Xəbərlər
2 Fevral 2021 18:02
Oxunub 900
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tbilisiyə birbaşa uçuşları bərpa edir.
Bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd olunur.
“İstanbul - Tbilisi - İstanbul” aviareysləri 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.
Ölkənin mülki aviasiya agentliyinin verdiyi məlumata görə, fevral ayında Gürcüstan Tbilisidən 12 ölkəyə müntəzəm uçuşlar həyata keçirəcək.
Hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR