"İstənilən gəmini vuracağıq" - Husilər İsrailə xəbərdarlıq etdi

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.
"Yəmən silahlı qüvvələri fələstinlilərə dəstək olaraq hərbi əməliyyatlarını gücləndirmək və düşmənə qarşı hərbi dəniz blokadasının dördüncü mərhələsinə başlamaq qərarına gəliblər ki, bu da İsrail limanlarında fəaliyyət göstərən istənilən şirkətin bütün gəmilərini, milli mənsubiyyətindən asılı olmayaraq və silahlı qüvvələrin əli çatan hər yerdə hədəfə almağı əhatə edir”, - deyə o bildirib.
"Ənsar Allah" ordusunun sözçüsü gəmiçilik şirkətlərinə "İsrail limanları ilə əməkdaşlığı dayandırmağı" deyib və "əks halda, onların gəmilərinə təyinat yerindən asılı olmayaraq, raket və pilotsuz uçan aparatların əhatə dairəsi daxilində hücuma məruz qalacağı" barədə xəbərdarlıq edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










