Banner

İstilik mövsümünün müddəti uzadıla bilər - VİDEO

Xəbərlər 4 Aprel 2023 23:09 Oxunub 1540
İstilik mövsümünün müddəti uzadıla bilər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda istilik mövsümünün müddəti bir ay artırıla bilər.

Bu məqsədlə "Azəristiliktəchizat" ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı danışıqlar aparır.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətin piar-meneceri Rüxsarə Babayeva deyib ki, hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün 3 dövlət qurumu ilə birlikdə araşdırmalar aparılır.

Rüxsarə Babayevanın sözlərinə görə, mövsümün müddətinin dəyişdirilməsi asan məsələ deyil. Çünki bu zaman əlavə enerji resursları,vəsait və əməkdaşlara ehtiyac yarana bilər.

Xatırladaq ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə kimidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh