İstixanada narkotik tərkibli bitkilər becərən Salyan rayon sakini saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraçala kənd sakini Elməddin İsmayılov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 24 kiloqram 250 qram marixuana və yaş çəkisi 35 kiloqram olan 5 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı E.İsmayılov narkotiklərin kultivasiyası ilə məşğul olduğu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











