Banner

İt canlı yayımda jurnalistin mikrofonunu OĞURLADI - VİDEO

Xəbərlər 1 Avqust 2023 22:20 Oxunub 1026
İt canlı yayımda jurnalistin mikrofonunu OĞURLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Canlı yayım zamanı it jurnalistə hücum edərək onun mikrofonunu tutub. Bu, "MIR-24"ün müxbiri Nadejda Serejkina ilə yaxın günlərdəki hava haqqında tamaşaçılara danışmağa hazırlaşarkən baş verib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı müvafiq video "YouTube"da yerləşdirilib.

Müxbir hava haqqında məlumat verməyə başlayıb. Birdən it onun yanına qaçıb. İti yəqin ki, jurnalistin parlaq mikrofonu cəlb edib. Bütün çəkiliş qrupu üçün çaşqınlıq yaradan it müxbirin əlindən cihazı götürüb qaçıb.

Bu arada yayım texniki səbəblərdən kəsilmədiyi üçün tamaşaçılar baş verən hər şeyi əvvəldən axıra kimi görə biliblər. Studiyadakı aparıcı söhbəti başqa mövzuya daşıyaraq vəziyyəti xilas etməyə çalışıb.

Sonda it tutulub, oğurlanan mikrofon isə sahibinə qaytarılıb.

 

lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh