İt, pişik və digər ev heyvanları saxlayanların NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun formasını təsdiq edib.
Agentlik tərəfindən “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportunun verilməsi haqqında” Əmr sözügedən sahədə hüquqi tənzimlənmənin həyata keçirilməsi, bu sahədə beynəlxalq tələblərin yerinə yetirilməsi və heyvan sahiblərinin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.
Əmrdə bildirilib ki, AQTA-nın regional bölmələri heyvan sahiblərinin agentliyə olan müraciətlərinə əsasən, ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək. Beynəlxalq standartlara uyğun olaraq, xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması agentliyin regional bölmələri tərəfindən baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib edilməsi ilə həyata keçirilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, baytarlıq pasportunun (bir sənəd) verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyən olunub.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











