İtaliya gömrükçüləri DGK-ya dəstək göstərəcək

Xəbərlər 17 Mart 2021 16:06 Oxunub 1756
İtaliya gömrükçüləri DGK-ya  dəstək göstərəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək" layihəsinin Rəhbər Komitəsinin 3-cü iclası keçirilib.

Bu barədə Avtosfer.az Komitəyə istinadən xəbər verir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, İtaliya Gömrük və İnhisar Agentliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi, Azərbaycan tərəfindən layihə qrupunun rəhbəri Anar Süleymanov iclasda çıxış edərək layihə çərçivəsində fəaliyyətlərin müvafiq plana uyğun yerinə yetirildiyini bildirib, buna görə italiyalı həmkarlarına təşəkkür edib. Layihənin icrası ilə əlaqədar tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, İtaliya nümayəndələri çıxış edərək layihənin icrası ilə bağlı fikir və təkliflərini diqqətə çatdırıblar.

Daha sonra iclasda müvafiq iş planı və layihənin büdcə sənədləri nəzərdən keçirilərək qəbul edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh