Banner

İtaliyada radardan itən helikopterdə Türkiyənin 4 vətəndaşı var

Xəbərlər 10 İyun 2022 14:04 Oxunub 1054
İtaliyada radardan itən helikopterdə Türkiyənin 4 vətəndaşı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliyada radarlardan itən helikopterin göyərtəsində Türkiyədə özəl firmalardan birində işləyən ölkənin 4 vətəndaşı olub.

Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata görə, iyunun 9-da İtaliyanın Toskana və Emilia-Romaqna bölgələrinin sərhədində helikopter radarlardan itib. Dünəndən onun axtarışı davam edir. Axtarışlar hələ ki bir nəticə verməyib.

Məlumata görə, helikopterin göyərtəsində 4-ü Türkiyə, 2-si Livan vətəndaşı olmaqla 7 sərnişin var imiş.

Helikopter təmizlik məhsulları satan “Roto Cart” adlı bir firmanın müştərilərini fabrikə daşıyırmış.

Hadisə ilə bağlı Türkiyənin "Əczaçıbaşı" şirkəti açıqlama yayaraq 4 əməkdaşının itkin düşdüyünü bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh