Banner

İtaliyada taksi sürücülərinin kütləvi tətili başlayıb  - VİDEO

Xəbərlər 5 İyul 2022 23:13 Oxunub 1302
İtaliyada taksi sürücülərinin kütləvi tətili başlayıb   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliyada taksi sürücülərinin 48 saatlıq kütləvi tətili başlayıb.

Məlumata görə, sektor nümayəndələri xüsusi onlayn tətbiqlər vasitəsilə özəl sərnişin daşımalarının təşkili də daxil olmaqla bu sahənin liberallaşdırılmasını nəzərdə tutan rəqabət haqqında fərmana etiraz etmək üçün Romanın mərkəzində yürüş keçirəcəklər.

Aksiyanı təşkil edən sektorun həmkarlar ittifaqı nümayəndələri bildirirlər ki, bu cür islahat xidmətlərin qiymətinin salınması ilə keyfiyyətin də azalmasına gətirib çıxarır. Taksi sürücüləri onlayn platformalardan istifadə prinsipinə deyil, bu prinsipin taksi sürücüləri üçün əlverişsiz olan “avtobus bileti satışına” çevrilməsinə qarşı olduqlarını açıqlayıblar.

Bütün çərşənbə günü davam edəcək taksi sürücülərinin tətili artıq həm şəhərlərdə, həm də hava limanlarında çətinliklər yaradıb.

Mənbə: TASS

ŞƏRH YAZ
Ad

E-mail

Şərh