Banner

İtaliyada yüzlərlə aviareys ləğv olunub

Xəbərlər 17 İyul 2022 19:52 Oxunub 1206
İtaliyada yüzlərlə aviareys ləğv olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliyada aviaşirkətlərin əməkdaşlarının tətili səbəbindən ən azı 400 milli və beynəlxalq aviareys ləğv olunub.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb. Dövr saatlıq tətil yerli vaxtla saat 14-dən 18-dək davam edəcək.

Tətilə “Ryanair”, “Volotea”, “easyJet” və “Malta Air” aviaşirkətlərinin pilotları və uçuş bələdçiləri qatılıblar.

Tətilçilərin əsas tələbləri maaşların artırılması və əmək şəraitinin dəyişdirilməsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh