Banner

İtaliyadan Azərbaycana psixi xəstələrin daşınması üçün təcili tibbi yardım avtomobilləri gətirilib - FOTO - YENİLƏNİB

Xəbərlər 12 Noyabr 2023 18:00
İtaliyadan Azərbaycana psixi xəstələrin daşınması üçün təcili tibbi yardım avtomobilləri gətirilib   - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bildirilib.

Qeyd olunub ki, bu tip avtomobillərin sayı 3 ədəddir:

“Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu 2 üzbəüz kreslo kilitli remen ilə, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqlarla, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal,1 nəfər xəstəni müşayət edən) oturacaq ilə təchiz olunub. İtaliya istehsalı olan avtomobillərin dövlət tibb müəssisələrinə paylanılması nəzərdə tutulub”.

Bildirilib ki, agentlik son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması ilə bağlı tədbirləri davam etdirir:

“Agentlik dövlət tibb müəssisələrini yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilləri satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinetal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir”.

Oxunub 1322
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh