İtaliyalı velosipedçi finişə çatdıqdan sonra infarkt keçirib
Xəbərlər
22 Mart 2022 16:27
Oxunub 2510

"Bəhreyn Viktorius" komandasının velosipedçisi Sonni Kolbrelli "Vuelta Kataloniya" yarışının birinci mərhələsində xoşagəlməz hadisə ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, 172 km-lik məsafədə finişə 2-ci çatan italiyalı idmançının qəflətən halı pisləşib. Huşunu itirən velosipedçidə əvvəlcə qıcolmalar baş verib.
İlkin tibbi müdaxilədən sonra Kolbrellinin infarkt keçirdiyi bəlli olub. Defibrillyator cihazının köməyi ilə özünə gələn idmançı yerli xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, Kolbrelli finişə çatandan sonra komandadakı tərəfdaşlarından və ya rəqiblərindən birinə salam vermək niyyətində olub. Lakin o, qəfildən huşunu itirərək yerə yıxılıb.
report
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













