Mafiyadan təcili yardım sürücülərinə göstəriş: “Səs siqnallarını qoşmayın!”

İtaliyanın Napoli şəhərində mafiyadan təcili yardım xidmət işçilərinə qeyri-adi əmr gəlib.
Belə ki, narkotik satıcılarını qorxutduğu üçün sürücülərə səs siqnallarının və sayrışan işıqların istifadəsi qadağan edilib.
Bu barədə “Haber Global” xəbər yayıb.
Bildirilir ki, ötən həftə iki mafiya üzvü təcili tibbi yardım maşınını saxladaraq səs siqnallarını söndürmələrini, əks halda sürücünü öldürəcəklərini bildiriblər.
Onlar narkotik alverçilərinin bu siqnalı polis maşınınkı ilə dəyişik salaraq qaçdığını deyiblər.
Bundan sonra tibb işçiləri polislərdən mühafizə tələb ediblər.
Mafiya üzvləri tərəfindən hədələnən sürücülərdən Manuel Ruggiero yerli mediaya açıqlaması zamanı Sanita və Traiano da daxil olmaqla, digər məhlələrdə səs siqnalı istifadə etməmələri barədə əmr aldıqlarını deyib.
“Səs siqnallarını ancaq ərazini tərk etdikdən sonra qoşa bilirik”, - deyə bildirən sürücü, belə hallarda ağır xəstələrin yanına gecikdiklərini vurğulayıb.
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










