Banner

Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanıldı - FOTO - YENİLƏNİB

Xəbərlər 22 May 2023 19:00 Oxunub 938
Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanıldı  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov avtosfer.az-a bildirib ki, Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

O bildirib ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.

Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Faktla bağlı əlavə məlumat veriləcək

16:06

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva tapılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib:

“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyati təhlükəsinin olmadığını dəqiqləşdiriblər. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh