Banner

İtkin düşən doqquz yaşlı qızın meyiti tapıldı

Xəbərlər 19 Oktyabr 2021 09:56 Oxunub 1066
İtkin düşən doqquz yaşlı qızın meyiti tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Voloqda vilayətində axtarışda olan doqquz yaşlı qızın meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd edək ki, 2012-ci il təvəllüdlü qız oktyabrın 16-da səhər saat 10 radələrində evdən çıxıb geri qayıtmayıb. 

İstintaq Komitəsinin regional şöbəsi hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq cinayət işi açıb.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh