İtkin düşən “Emmy” mükafatçısı evindəki zibillikdə ölü tapıldı  - FOTO

Xəbərlər 1 Aprel 2021 15:00 Oxunub 550
İtkin düşən “Emmy”  mükafatçısı evindəki zibillikdə ölü tapıldı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keçən il itkin düşən amerikalı “Emmy” mükafatlı prodüser Evelin Sakaş Nyu-Yorkdakı evində zibil yığınının altında ölü tapılıb.

Bu barədə “ABC News” hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

66 yaşlı qadının mətbəxinin döşəməsində zibil yığını altında uzanmış vəziyyətdə tapıldığı bildirilir. Onu sonuncu dəfə 30 sentyabr 2020-ci ildə görüblər. Cəsədi Sakaşın bacısı evi yığışdırmaq üçün gəldiyi zaman tapıb.

Evelin Sakaş 1990-cı il “The Mermaids” və 2014-cü il “Still Alice” kimi filmlərdə çalışıb. 2003-cü ildə onun “Between the lions” filmi “Emmy” mükafatı qazanıb.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh