İtkin düşmələrindən 1 həftə keçdi... - FOTO

Aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlar hələ də tapılmayıb.
Avtosfer.az xəbər verir ki, həmin gün saat 20:00 radələrində itkin düşən 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynovanın yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Dayı qızı-bibi qızı olan yeniyetmələrin axtarışları hazırda polis əməkdaşları tərəfindən davam etdirilir.
Bildirilir ki, itkin düşən qızlar yaşadıqları qəsəbədə heç bir kameraya düşməyiblər. Onların evdən çıxanda hansı istiqamətə getdiklərini müşahidə etmək mümkün olmayıb. Qızların üzərində mobil telefonun olmaması da taleləri barədə məlumat almaq imkanlarını çətinləşdirib.
Qeyd edək ki, itkin düşən Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisədən əvvəl bacısı qızının övladına telefon verdiyini və bu məsələnin üstünün açıldığını deyib. O, qızların ailədaxili münaqişədən qorxaraq qaça biləcəyini ehtimal edir.

Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










