Banner

İtkin şəhid Ayaz Zərbalıyev dəfn edildi

Xəbərlər 12 Sentyabr 2025 13:53 Oxunub 452
İtkin şəhid Ayaz Zərbalıyev dəfn edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Ayaz Əsgəralı oğlu Zərbalıyev Göyçayda dəfn olunub.

Avtosfer.az xəbər verir ki, əvvəlcə rayonun Potu kəndində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra itkin şəhid Göyçay şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, A. Zərbalıyev 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh