Banner

İyunun 29-da havanın temperaturu 4-5 dərəcə enəcək

Xəbərlər 26 İyun 2021 15:49 Oxunub 966
İyunun 29-da havanın temperaturu 4-5 dərəcə enəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İyunun 28-i günün ikinci yarısında cənub-şərq küləyi şimal küləyi ilə əvəz olunacaq. Axşam saatlarında küləyin sürəti bir qədər artacaq”.

Bunu Avtosfer.az - a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, iyunun 29-da bu günə nisbətən havanın temperaturu təxminən 4-5 dərəcə aşağı enəcək: “İyunun 29-30-da havanın temperaturu iqlim norması daxilində olacaq. İyulun ilk günlərində anomal istilər gözlənilmir. Havanın temperaturu 30-34 dərəcə intervalında dəyişəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh