İrandan Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edildi - FOTO - YENİLƏNİB

Qazaxıstandan qayıdan İran təyyarəsinin 14 nəfərlik ekipaj üzvləri Azərbaycandan ölkəsinə qayıdıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ekipaj üzvlərinin İrana keçidi Azərbaycanın "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib.


***
İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin beşi Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər İrandan Azərbaycana 1182 nəfər təxliyə olunub.

***
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Tacikistanın 99, Pakistanın 76, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin bir vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Qeyd edək ki, İrandan ümumilikdə 37 ölkənin 937 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
















