Avropada ən irihəcmli benzin mühərriki tarixə qovuşur - FOTOLAR

Avtomobil sənayesində mühərrik həcminin azaldılması tendensiyası davam edir. Proses Avropada özünü daha aydın göstərir.
Avtosfer.az xəbər verir ki, “Mercedes” şirkəti 6 litrlik biturbo V12 mühərrikinin istifadəsini məhdudlaşdırır. Səbəb yaxın illərdə qüvvəyə minəcək Avro-7 ekoloji normalarıdır. M 279 mühərrikinin yığışdırılması ilə Avropa İttifaqında ən böyükhəcmli benzin mühərriki də tarixə qovuşur. Artıq qitədə ən böyük mühərrik V8 olacaq.
Şirkət iddia edir ki, V8 mühərriki elə V12 gücündədir. Modellərin adlandırılması da köhnə sistemlə olacaq. Lakin, güc eyni olsa da, V12 mühərrikin fırlanma anı daha böyükdür. Bu da sürətlənmədə özünü aydın göstərəcək.
Bununla belə, Avropa normaları tətbiq edilməyən Yaxın Şərq regionunda V12 mühərriki hələ uzun illər əlçatan olacaq. Bu regionun milyonerləri hələ də irihəcmli mühərrik “aşiqidir”.
Alman istehsalçı yaxşı başa düşür ki, kiçikhəcmli mühərrik ekoloji baxımdan nə qədər üstün olsa da, zəngin ərəbləri qane etməyəcək. Bu da son nəticədə “Bentley” və “Rolls Royce” kimi premium modellərə rəqabətdə uduzmaqla nəticələnəcək.
Vüqar

.jpg)
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










