
İlkin Həsəni elektrikli maşını ilə qəzaya düşdü - "Salamatçılıqdır"
Xəbərlər
13 Mart 2025 17:53
Oxunub 444

Aparıcı və aktyor İlkin Həsəni qəzaya düşüb. Avtosfer.az bildirir ki, bu haqda televiziya ulduzu instaqram səhifəsində yayımladığı videoaçıqlamada məlumat verib.
İlkin başına gələn hadisəni belə nəql edib: "Bir neçə gündür başım maraqlı hadisələrə qarışıb. Sağlıq vəziyyətimi kənara qoyuram. Bu yaxınlarda kiçik bir qəza oldu. Yəgin ki, görürsünüz ki, sizi sevimli elektromobilimdən salamlamıram. Mən sizi daxiliyanma mühərrikli əziz doğma olan köhnə avtomobilimdən salamlayıram. Bir neçə gün əvvəl qəza oldu. Amma salamatçılıqdır. Hər şey yaxşıdır. Avtomobil hazırda servisdədir. Mən yaxşıyam. Sadəcə siz izləyicilərimə demək istəyirəm ki, salamatçılıqdır". /olay.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR