Keçmiş məcburi köçkünlərə müavinətin dayandırılacağı tarix açıqlandı - VİDEO

Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.
Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:
“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”.
Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











