Keçmiş məhkumdan 2 kiloqramdan artıq narkotik vasitə götürülüb - VİDEO
Xəbərlər
18 Avqust 2023 15:51
Oxunub 574

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Kəbəloba kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Aftandil Ramazanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













