Kəlbəcərdə yolların tikintisi sürətlə davam etdirilir - FOTO - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.
Avtosfer.az xəbər verir ki, Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il may ayının 27-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı qoyulub.
Şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0.7-1,5 metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12-18-24-30 metr olaraq dəyişir.
Qeyd edək ki, ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.
Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 km uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb, hazırda təqribən 3.6 km hissədə torpaq işləri həyata keçirilir.
Bundan başqa küçələr boyu Kəlbəcər şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaq üzrədir.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR




















