Banner

Kəsilmiş başı qutuya qoyub pəncərədən atdı - VİDEO

Xəbərlər 2 Fevral 2021 10:14
Kəsilmiş başı qutuya qoyub pəncərədən atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransanın Tulon şəhərinin tarixi mərkəzində 40 yaşlı kişi naməlum şəxsin başını kəsərək qutuya qoyub və pəncərədən aşağı atıb.

"Fransinfo"nun məlumatına görə, polis xüsusi əməliyyat keçirərək şübhəlini saxlayıb.

Şahidlərin sözlərinə görə, məhz həmin şəxs qutunu pəncərədən aşağı atıb. Saxlanılan zaman şübhəlinin əlləri qan içində olub.

İlkin ehtimallara görə, o, küçədə yaşayan evsiz bir şəxsi öz mənzilinə dəvət edərək, onu vəhşicəsinə öldürüb və cəsədini parçalayıb.  

Hazırda cinayətin təfərrüatı araşdırılır.

 

Oxunub : 1106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh