KİV: Hindistanda təbii fəlakət nəticəsində 100-150 nəfər ölüb - VİDEO

Xəbərlər 7 Fevral 2021 13:10 Oxunub 1430
KİV:  Hindistanda təbii fəlakət nəticəsində 100-150 nəfər ölüb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı ilkin ehtimala görə, təxminən 100-150 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Uttarkhand ştatında baş verib. İtkin düşənlərin əksəriyyəti "Rişiqanqa" hidroelektrik stansiyasının fəhlələridir. Əraziyə Hind-Tibet sərhəd polisinin iki qrupu və Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Milli Qüvvələrin 3 qrupu cəlb edilib.

Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanqanın çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.

Daha əvvəl ANI agentliyi buzlağın əriyərək enişindən sonra Dxauliqanq çayında suyun səviyyəsinin qalxması barədə məlumat yayıb. Hadisə zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh