Banner

KİV: Kabildə üçüncü partlayış olub

Xəbərlər 26 Avqust 2021 23:07 Oxunub 1976
KİV:  Kabildə üçüncü partlayış olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əfqanıstanın Kabil şəhərində bu gün 3-cü partlayış törədilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.

“Hürriyyət” qəzetin məlumatına görə, üçüncü partlayışda ölənlər və yaralılar var.

Hər 3 partlayışda ümumi olaraq, 25 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilir.

Kabildə olan ABŞ ordusunun isə 4 hərbçisi ölüb, 3-ü yaralanıb.

ABŞ mediasının məlumatına görə, ilk partlayış İŞİD terrorçusunun təxliyə gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh