Kikboksçularımız İslamiadada 15 medal QAZANDI

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Elvin Ağayev (full contact, 86 kq) finalda meydan sahibi Türkiyə idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 24 idmançı ilə qatılan Azərbaycan İslamiadanın kikboksinq yarışlarını 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medaldır.
Azərbaycana medalla qayıdacaq kikboksçular bunlardır: Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Anar Məmmədov (low kick, 57 kq) – qızıl, Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) – gümüş, Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəybala Quliyev (low kick, 86 kq), Aysu Devrişova (56 kq) – bürünc.
Qeyd edək ki, Azərbaycan kikboksinq millisinin bu il növbəti mötəbər yarışı da qardaş ölkə Türkiyədə olacaq. Belə ki, Azərbaycan yığmasını 11-20 noyabr tarixlərində Antalyada keçiriləcək Avropa çempionatı gözləyir.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











