Banner

Kimlərə "çörək pulu" verilməyəcəyi bilindi - VİDEO

Xəbərlər 16 İyun 2023 08:07 Oxunub 848
Kimlərə "çörək pulu" verilməyəcəyi bilindi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərin vahid aylıq müavinətinin dayandırılacağı xəbərləri yayılıb.

Yayılan məlumatlarda bildirilir ki, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən "çörək pulu" kəsiləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən qanunla tənzimlənir. Həmin qanun isə 2017-ci ildən qüvvədədir. Yəni bu yeni məlumat deyil. Həmin qaydaya əsasən məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinət ödənilir.

"Ancaq burada istisnalar var..."

İşğaldan azad edilən ərazilərə köçən keçmiş məcburi köçkünlərin müavinətlərinin davam edib-etməyəcəyinə gəldikdə isə, bildirildi ki, bu məsələ isə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanunla tənzimlənir.

Qeyd edək ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh