Kimsə bu lyuka düşəcək: Yasamalda problem - VİDEO

Kanalizasiya lyuku vətəndaşlar üçün problem yaradıb.
Avtosfer.az xəbər verir ki, sakinlərin “Yeni Sabah”a müraciətinə görə, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, “Atles Plaza”nın qarşısında yerləşən lyuk bərbad vəziyyətə düşdüyündən sakinlər və avtomobillər üçün ciddi təhlükəyə çevrilib.
Şikayətçilər bildirib ki, dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra, onları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yönləndiriblər. AAYDA-ın əməkdaşları ərazidə olub və lazımi tədbirlərin görüləcəyini deyib. Daha sonra sözügedən qurumdan sakinlərə deyilib ki, məsələ Yasamal Rayon Sukanal İdarəsinə yönləndirilib. Lakin problem hələ də öz həllini tapmayıb.
Məsələ ilə bağlı Yasamal Rayon Sukanal İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşların müraciəti qeydə alınıb və aidiyyəti üzrə tədbir görüləcək.
Problemi diqqətdə saxlayırıq.
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!










