Kolleclərdə yüksək vəzifəyə TƏYİNATLAR - Biri tələbədir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Pərviz Müseyibli bakalavr təhsilini Bakı Dövlət Universitetində (BDU) mexanika ixtisası üzrə, magistratura təhsilini isə maye, qaz və plazma mexanikası ixtisası üzrə alıb. O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsilini tamamlayaraq mexanika üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir. P.Müseyibli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin, eləcə də "Gənc tədqiqatçı" jurnalının redaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərin müəllifidir.
Ramilə Tağıyeva bakalavr təhsilini BDU-da kimya ixtisası üzrə alıb və hazırda Gəncə Dövlət Universitetində kimya ixtisası üzrə magistr təhsilini davam etdirir. 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinatədək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









