Banner

Koronadan sonra qalan fəsadları necə aradan qaldırmaq olar? - Həkim - VİDEO

Xəbərlər 5 Sentyabr 2021 15:14 Oxunub 1418
Koronadan sonra qalan fəsadları necə aradan qaldırmaq olar? - Həkim  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Yüngül və ya ağır keçirilməsindən asılı olmayaraq koronavirusun kəskin dövrü, yəni 14 gün ötdükdən sonra bəzi şəxslərdə müəyyən əlamətlər qalır". 

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. O bildirib ki, bu əlamətlər əzələ ağrısı, halsızlıq, iybilmə, dadbilmə və öskürək ola bilir:

"Bu əlamətlərin qalması normaldır. Qeyd edim ki, 14 gün sonra sağalan əksər insanlarda xəstəliyin yoluxuculuq qabiliyyəti demək olar ki, azalır. Ona görə 14 gün sonra onlar çölə çıxa bilirlər.  Amma yenə də həmin şəxslər qoruyucu tədbirlərə əməl etməlidirlər. Maska, əlcək geyinməli, məsafə saxlamalıdırlar. Bundan başqa koronavirusdan sonra pessimist olmamalıdırlar.  İmmunitetin sürətli bərpası üçün aktiv həyat tərzinə keçməli və yaxşı qidalanmalıdırlar".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh