Körpüyə aparan yanaşma yollarının genişləndirilməsi davam etdirilir - FOTO - VİDEO

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpüyə aparan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir.
Bu barədə Avtosfer.az-a AAYDA-dan məlumat verilib.
Bildirilir ki, layihə çərçivəsində mövcud yolların eni artırılaraq hər istiqamət üzrə iki zolaq olmaqla ümumilikdə 4 hərəkət zolaqlı yola çevrilir. Genişləndirmə işləri ilə yanaşı, zəruri sahələrdə istinad divarlarının tikintisi və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin inşası da nəzərdə tutulub. Artıq istinad divarının alt hissəsində svay vurma işləri tamamlanıb. Hazırda istinad divarlarının inşası və uçqun riski olan ərazilərdə dolğu işləri həyata keçirilir.
Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi, yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin tikintisi işlərinə başlanılacaq. Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülüb, onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR





















