Krım körpüsündə daha 8 partlayış olub - VİDEO - YENİLƏNİB

Krım körpüsündə daha 8 partlayış olub.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə partlayışları təsdiqləyib.
***
Krım körpüsünə raket hücumları davam edir.
Bu barədə Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov məlumat yayıb.
Onun sözlərinə görə, hücumların qarşısı alınır.
***
Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa olunub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, maşınlar hərəkətini davam etdirirlər.
***
Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov Krım körpüsünün vurulduğunu təsdiqləyib.
O, bu barədə teleqramda yazıb.
S.Aksenovun sözlərinə görə, əraziyə 2 raket atılıb və onlar zərərsizləşdirib.
Məlumata görə, körpü zədələnməyib.
***
Krım körpüsü vurulub və burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ərazidə partlayış və silah səsləri eşidilir.
Körpünün Ukrayna ordusu tərəfindən vurulduğu ehtimal edilir.
(report)













