Banner

Küçədə maska ​​taxma tələbi ləğv edilib - İsraildə

Xəbərlər 18 Aprel 2021 14:30 Oxunub 1380
Küçədə maska ​​taxma tələbi ləğv edilib - İsraildə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:
“Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska ​​taxmamağa icazə verilir”.

Bununla yanaşı, Səhiyyə Nazirliyi açıq görüşlərdə iştirak edərkən qoruyucu maskalardan istifadə etməyə davam etməyi tövsiyə edib.

Şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska ​​taxmaq məcburiyyət olaraq qalır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh