Banner

Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib - VİDEO

Xəbərlər 3 Sentyabr 2023 23:09 Oxunub 690
Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.

Çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.

Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. (repport)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh