Banner

Kürdəmirin küçələrini su basdı - FOTO - VİDEO

Xəbərlər 15 May 2023 21:14 Oxunub 840
Kürdəmirin küçələrini su basdı  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə axşamdan yağmağa başlayan aramsız yağışlar bir sıra çətinliklər yaradıb.

Avtosfer.az xəbər verir ki, rayonun bir neçə küçəsi su basması səbəbindən bağlanıb.

Bu səbəbdən sürücülərin və piyadaların hərəkəti məhdudlaşıb.

Yağışın yaratdığı fəsadlar əsasən rayonun Bakı prospektində, Şəhriyar, Xanlar, Məhəmməd Hadi küçələrində daha çox müşahidə olunur.

Aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.

Bizim.Media

ŞƏRH YAZ
Ad

E-mail

Şərh