Banner

“Laçın yolunda gömrük və sərhəd postu qurmalıyıq” – Parlamentdə TƏKLİF

Xəbərlər 16 Dekabr 2022 12:09 Oxunub 1210
“Laçın yolunda gömrük və sərhəd postu qurmalıyıq” – Parlamentdə TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Ermənistanın öz havadarları ilə birlikdə minalanmış ərazilərimizi işğaldan azad edib, o torpaqları sülh və əmin-amanlıq yerinə çevirib”.

Avtosfer.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. 


“İkinci Qarabağ müharibəsinin başa çatmasına baxmayaraq, ermənilərin hərbi cinayətləri hələ də davam edir.

Azərbaycan xalqı hələ də separatçı hücumlarla qarşılaşır. Bizim təbii sərvətlərimizin talan olunduğu torpaqlarımızda aksiya keçirməyimizi haqlı hesab edirəm. Bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq.

Biz beynəlxalq təşkilatlara bildirməliyik ki, yol kəsən yox, yol tikən, regiona sülh və əmin-amanlıq gətirən ölkəyik. Laçın-Şuşa yolunda ilk dəfə keçirilən aksiya sülhməramlıların fəaliyyətinə narazılığımızın ifadəsidir. Sülhməramlılar üçtərəfli bəyanatda qeyd edilən müddəaları pozub öz missiyasını yerinə yetirə bilmədiklərinə görə, gömrük və sərhəd postlarının qurulmasını tələb etməliyik”, – deyə deputat bildirib.


Bizim.Media 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh