Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR

Laçında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbərləri həbs ediliblər.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.
ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.
İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.
Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










