Laçında növbəti TƏXRİBAT – TIR şousunun ardınca avtobus KOMEDİYASI BAŞLAYIR

Artıq bir həftədir ki, Ermənistanın “humanitar karvanı” Laçın NBM yaxınlığında lövbər salıb.
Ötən gün daha 2 TIR karvana qoşulub. Lakin, heç bir hərəkətlilik yoxdur. Maraqlıdır ki, Xankəndində də sakitlikdir.
Baxmayaraq ki, ötən həftə ermənilər və onların xarici havadarları barbar bağırırdılar ki, Xankəndində 2 günlük ərzaq ehtiyatı var. Həmin 2 günün üzərindən artıq 10 gün keçib. Lakin hələki Xankəndində “humanitar böhran” yoxdur, heç aclıqdan şikayət edənlərin də səsi gəlmir.
Bu da onu göstərir ki, “humanitar böhran” layihəsi Azərbaycana qarşı hazırlanmış növbəti bir qara piar idi. Və bu kampaniya çox biabırçı bir vəziyyətlə sonlandı. Çünki, Xankəndindəki “ac ermənilər” barədə artıq danışanlar yoxdur.
Amma erməni diasporu və onların xarici havadarları dayanmaq bilmir. Onlar növbəti bir təxribat xarakterli layihəni icra etmək istəyirlər. Separatçılara verilən tapşırıqlara əsasən Xankəndindəki erməni icmasının nümayəndələri xüsusi avtobuslarla Laçın sərhəd keçid məntəqəsinə ə yola salınacaq. Və həmin ermənilər burda hansısa qarşıdurma və yaxud insident yaratmağa çalışacaqlar.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ermənilərin qurduğu “TIR” tamaşası iflasa uğradı:
“Sadəcə ermənilər indiki vəziyyətdə bunu etiraf etmək istəmirlər və dirəniş göstərməyə çalışırlar. Mən hesab edirəm ki, gec-tez Azərbaycanın təklif etdiyi Ağdam-Əsgəran humanitar dəhlizi işə düşəcək. Bildiyim qədər Bərdə-Ağdam dəmir və avtomobil yolunda hazırda yenidənqurma işləri gedir. Yəqin ki, sonrakı mərhələdə Ağdamdan Xankəndinə qədər də gedən kommunikasiiyalar da bərpa olunacaq.
Bildiyiniz kimi hələ sovetlər vaxtında dəmir yolu Xankəndinə qədər uzanıb gedirdi. Dağlıq əraziyə ağır yüklərin daşınması üçün bu yol unikal imkanlar yaradır.
Əminəm ki, bu yol istismara veriləcək. Çünki, bu yolun istifadəyə verilməsi Azərbaycan dövlətinin qərarıdır. Bu yol, həmin bölgədə yaşayan insanlar üçün yox, həm də sülhməramlı qüvvələr üçün də geniş imkanlar aça bilər”.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











