Banner

Lənkəran sakini Qubada narkotiklə saxlanılıb - FOTO - VİDEO

Xəbərlər 17 Yanvar 2023 13:29 Oxunub 1006
Lənkəran sakini Qubada narkotiklə saxlanılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh