Banner

Lənkəranda itkin düşdüyü bildirilən ər-arvad xilas olunub - VİDEO

Xəbərlər 20 Avqust 2021 12:13 Oxunub 720
Lənkəranda itkin düşdüyü bildirilən ər-arvad xilas olunub  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-in Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Əməliyyat şəraiti qiymətləndirilərkən Bakı şəhər sakinləri olan 2 nəfərin (ər və arvad) Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.

Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh