Banner

Lənkəranda məktəbli döyüldü - VİDEO

Xəbərlər 21 Noyabr 2022 23:40 Oxunub 926
Lənkəranda məktəbli döyüldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran rayonu, Viyən kəndində məktəbli döyülərək ağır vəziyyətə salınıb.
Viyən kənd tam orta məktəbinin  XI  sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər  tərəfindən döyülüb.  Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb. Özü də ali məktəbə hazırlaşır.

Şagirdin  ailəsi bu hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirildi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır. 

Avtosfer.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh