Banner

"Leopard 2A4" tankları türk ordusunun istifadəsində - VİDEO

Xəbərlər 6 İyun 2021 16:43 Oxunub 986
"Leopard 2A4"  tankları türk ordusunun istifadəsində  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyə Müdafiə Sənayesi naziri İsmail Dəmir yerli və milli sistemlərlə modernləşdirilən "Leopard 2A4" tanklarının türk ordusunun xidmətində olduğunu açıqlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə nazir Tvitter hesabında paylaşım edib.

"Müasir döyüş mühitinə uyğun olaraq Quru Qoşunları Komandanlığı inventarında olan "Leopard 2A4" tanklarının qabiliyyətlərini artırma səylərimizin bir hissəsi olaraq Balistik Müdafiə Mərkəzində dizayn və istehsal olunan zireh paketinin kütləvi istehsalına başladıq. Eyni amanda tanklara inteqrasiyasına da başladıq.

Təhlükə analizinə görə taret və gövdə bölmələri üçün fərqli konfiqurasiyalarda hazırlanmış zireh paketi, dünya ordularında "Leopard 2A4" tanklarında istifadə edilən ən təsirli ballistik qorumaya sahibdir. Yerli və milli sistemlərlə modernləşdirilmiş tanklar Mehmetçikin xidmətindədir", - İ.Dəmir qeyd edib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh