Lerikdə 4 ton xaş-xaş kolu məhv edildi - FOTO

Xəbərlər 17 İyun 2024 10:32 Oxunub 254
Lerikdə 4 ton xaş-xaş kolu məhv edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lerikdə yabanı halda bitən narkotik tərkibli bitkilər yandırılıb.

Avtosfer.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh