Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi ilə görüşdü - FOTO - YENİLƏNİB

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Omana səfəri davam edir.
Avtosfer.az xəbər verir ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.
Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.
***
Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.
2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.







Bakının bu rayonunda qaz olmayacaq
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq
Azərbaycanda mina partlayışlarının qurbanlarının sayı açıqlandı - FOTO
Yer kürəsində maqnit qasırğaları ola bilər
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
“BakuBus”un 24 sürücüsü işdən çıxarıldı – RƏSMİ
“Zabrat maşınqayırma zavodu” özəlləşdirilib
Azadlığa çıxan müğənni Dəniz Əsədova yenidən hakim qarşısında
Buz bağlayan bu yol sürücülər üçün əsl tələyə çevrildi - VİDEO
Binədə 4 marketi talayan şəxs tutuldu
Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardı











