Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - FOTO - YENİLƏNİB

Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.
“Azərxalça” ASC-dən Avtosfer.az-a bildirilib ki, adı çəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalsa üzərində işə ötən ilin dekabrından başlanılıb.
Oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.
Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Azərxalça" Xalça Sərgi Salonunda xalçaların toxunma prosesində iştirak edib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Avtosfer.az həmin paylaşımı təqdim edir:












Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










