Banner

Lökbatanda 14 narkotacir ələ keçdi - VİDEO

Xəbərlər 13 İyul 2023 13:09 Oxunub 562
Lökbatanda 14 narkotacir ələ keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib. Onların hər biri barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh