Lökbatanda evlərin həyətləri sudan təmizlənir - FOTO - VİDEO

İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edir.
Avtosfer.az xəbər verir ki, paytaxtın elə əraziləri də var ki, orada Xidmətin tullantı su şəbəkəsi mövcud deyil, hətta sakinlər göl qırağında məskunlaşıb və tullantı sularını həmin gölə axıdırlar. Nəzərə alsaq ki, həm qrunt suları və həm də intensiv yağışlar zamanı sular gölə toplanır. Nəticədə gölün səviyyəsi artır və sakinlərin həyətləri, evləri su altında qalır.
Belə ərazilərdən birində - Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən göllərdə bir neçə gün əvvəl intensiv yağışlar nəticəsində suyun səviyyəsi artıb. Qəsəbənin Birinci Massiv adlanan ərazisində bəzi mənzillər və həyətlər su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Evlərin yaxınlığındakı gölün səviyyəsini aşağı salmaq məqsədilə 2 ədəd 800 mm-lik, 1 ədəd 500 mm-lik təxliyyə xətləri və xüsusi suçəkən maşınlar vasitəsilə suyun çəkilməsi həyata keçirilir.
Bu barədə məlumat verən Qaradağ rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanov bildirib ki, xüsusi texnikalar vasitəsilə göllər arasında əlaqə təşkil edən keçidlər təmizlənib, göldə su səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər davam etdirilir. “Bundan başqa Birinci Massivdə yerləşən həyət evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə yığılan yağış suları xüsusi texnikalarla çəkilərək kənarlaşdırılır. Hazırda da bu istiqamətdə tədbirlər görülür”.
Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO


















